Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxılıb

Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yelunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Vəkil çıxışında təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Arzuman Əsədova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmin cəza şərti hesab olunub və ona 2 il sınaq müddəti təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Əsədov Arzuman İsmayıl oğlu ilə qohumu Əliyev Ramo Rövşən oğlu arasında 40 manat borca görə münaqişə yaranıb. Yaranmış münaqişə zamanı A.Əsədov bıçaqla R. Əliyevə xəsarətlər yetirib.
Fakta görə cinayət işi başlanıb. A.Əsədova Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












