Qohumunu xilas edərkən ölən klub rəhbəri ilə bağlı TƏFƏRRÜAT - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə 22 İyul 2024 17:52 Oxunub 478
Qohumunu xilas edərkən ölən klub rəhbəri ilə bağlı TƏFƏRRÜAT  - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Ağdaş rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir İsrəfilov söyləyib ki, klubun rəhbəri Rəhman Əliyev bölgənin tanınmış idman müəllimlərindən biri olub:

"O, 80-dən çox uşağa təmənnasız olaraq məşqçilik edirdi".

***

"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.

Avtosfer.az xəbər verir ki, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.

F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.

Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.

Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.

***

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

Avtosfer.az xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.

(oxu.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh