Qohumunun “Pajero”sunu cızan QADIN CƏRİMƏLƏNDİ

Lənkəran rayonunda qohumuna məxsus "Mitsubishi Pajero” markalı avtomobili qəsdən cızan qadın məhkəmə qarşısına çıxarılıb. Avtosfer.az-ın “qaynarinfo”ya istinadən məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.
1981-ci il təvəllüdlü F.H. ad-soyadlı qadın Bakıda yaşayan və rayona qonaq gəlmiş qohumuna məxsus "Mitsubishi Pajero” markalı avtomobilə qəsdən zərər yetirib. Naməlum səbəblərdən F.H avtomobilin bəzi hissələrini daş parçası ilə cızıb. Nəticədə avtomobil sahibinə 1000 manat məbləğində maddi ziyan dəyib.
Övladlarının tələbə olduğunu bildirən təqsirləndirilən qadın hadisəni qohumu ilə küsülü olduğu üçün törətdiyini deyib.
Məhkəmənin qərarı ilə, F.H İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








