“Qolum işləmir, boğuluram” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir? - VİDEO

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib.
İddia olunur ki, son iki ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur.
Hətta hər 5 botoks etdirən şəxsdən 3-nün zəhərlənməyə məruz qaldığı iddia olunur. Bəzi kosmetoloqların zəhərlənmələrdən sonra botoks prosedurlarının tətbiqini dayandırdığı deyilir.
Ceyran adlı bloqer sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib: “Danışanda təngnəfəs oluram. Qolumu aşağı sala bilmirəm, funksiyasını itirib. Barmaqlarım tərpənir, amma qolum halsızdır.
Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stresdən yata bilmirəm. Boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz...”
Bəs bu preparatların ölkəyə gətirilməsinə nəzarət olunurmu? Sözügedən preparatlar partiyası yoxlanılıbmı, tələblərə cavab verirmi? İctimailəşən zəhərlənmə faktları araşdırılıbmı?
Bu suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət etdik.
“Araşdırma aparılması üçün vətəndaşın bizə birbaşa müraciət etməsi lazımdır. Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür”, - Mərkəzə ünvanladığımız sorğunun cavabında bildirilib.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi tərəfindən bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğuna dair məlumat yayılmışdı. Bildirilirdi ki, bütün dərman və tibb vasitələr (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər.
Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır: “Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir”.
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı
Kəsişmədə yaranan problem həll edildi - VİDEO
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ










