“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO - FOTO

“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə bağlı (Qafqazinfo)ya Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə İbrahimova müraciət edib.
Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib:
“Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın oğlunu döyüb. Onun atası Elman Süleymanov isə uşağı təhdid edib ki, əgər bu barədə evdə desə, onun da, bacısının da başını kəsəcək, onu itə yedirəcək. Qardaşım fiziki məhdudiyyətlidir.
Qonşularının təhdidindən evdə qala bilmirlər. Hadisənin görüntüləri kameralara da düşüb. Uşaq ekspertiza olunub və bildirilib ki, bədənində ağır xəsarətlər var. Polisə də müraciət etmişik, lakin bir tədbir görülmür”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna müraciət etdik. Qurumun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Müraciət əsasında məsələ ilə bağlı araşdırma aparılır və tezliklə hüquqi qiymət veriləcək”.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI














