Qonşusunu yolun ortasında öldürdü, cəzadan azad edildi - VİDEO

Göyçayda qonşusunu qətlə yetirən 41 yaşlı Abbas Əliyev cinayət məsuliyyətindən azad edilib.
Avtosfer.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi ekspert rəyləri və prokurorun təklifi əsasında belə qərar qəbul edib.
Cinayətin təfərrüatına gəlincə…
Bu hadisə Göyçayın mərkəzi hissəsində baş verib. Abbasla 36 yaşlı Şahmar Kərimov qonşu olublar. Son günlərə qədər hər hansı mübahisələri yaşanmayıb.
Qonşular arasında şəxsi münaqişə evlərinə yaxın ərazidə başlayıb. Şahmarın “nə etmişəmsə, yaxşı etmişəm” sözündən hiddətlənən Abbas cibindən çıxardığı bıçaqla ona hücum edib. Şahmar qonşusunun gözünün döndüyünü görüb qaçmaq istəsə də, çox uzağa gedə bilməyib. Abbas ona çataraq elə yolun ortasında bıçaqlayıb. O, Şahmara əzab verməklə xüsusi amansızlıqla öldürüb.
Cinayətin baş verməsinə gətirib çıxaran səbəblər ailə məsələlərinə aid olduğundan ətraflı bəhs etmirik.
İstintaq vaxtı Abbasın başqa cinayətinin də üstü açılıb. Məlum olub ki, o, bir neçə gün əvvəl qonşuluqda yaşayan əmisini də döyüb. Səbəbini isə onlarda kirayə qalan tələbələrin gecə səs salması ilə əlaqələndirib.
Təqsirləndirilən şəxsə törətdiyi əməllərə görə xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilib, barəsində həbs qərarı verilib.
Amma ekspert rəyləri və təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı digər sübutlar vəziyyəti dəyişib. Təqdim edilmiş sənədlərdən görünür ki, Abbas uzun illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir, cinayət törədərkən də xroniki psixi xəstəliyi olubmuş.
Prokurorluq da məhkəməyə göndərdiyi qərarda təqsirləndirilən şəxsə cəza təyin edilməməsini təklif edib.
Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər işi araşdırdıqdan sonra müttəhimin doğrudan da cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiq ediblər.
Qərara əsasən, Abbas Əliyev cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında məcburi müalicə tədbiri təyin edilib.
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO










