Quba yolunda təhlükə: Əlil arabasında özünü maşınların altına atıb pul qoparır - VİDEO

Hadisə 9 İyul 2024 16:00 Oxunub 4184
Quba yolunda təhlükə:  Əlil arabasında özünü maşınların altına atıb pul qoparır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba-Bakı yolunda sürücülərə təhlükə yaradan piyada görüntülənib. Bu barədə izləyici Avtosfer.az-a videomaterial göndərib. Xoşagəlməz hadisə Quba rayonu ərazisində yerləşən “Müalicə Diaqnostika Mərkəzi”nin yaxınlığında qeydə alınıb.

Şikayətçinin sözlərinə əsasən, orta yaşlı qadın demək olar ki, hər gün yolun hərəkət hissəsində dayanaraq sürücülərə potensial təhlükə yaradır. O, bildirib ki, günün qaranlıq saatlarını seçən piyada sürücülərə qəza riski yaradaraq, bəzən də dilənçilik ilə onlardan pul almağa çalışır.

Əlil arabasında əyləşən qadının bir müdddət əvvəl sağlam olduğu, lakin sonradan yolda dayandığı üçün avtomobil tərəfindən vurulduğu bildirilir. Nəticədə qadın ayaqlarını itirib. Buna baxmayaraq o, əməlinə qaldığı yerdən davam edir. Sürücülər məsələylə bağlı onun valideynləri ilə əlaqə saxlasalar da, heç bir nəticəsi olmayıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh