Qubada ana və körpənin ölümünün səbəbi AÇIQLANDI - YENİLƏNİB

Hadisə 22 Avqust 2024 15:12 Oxunub 198
Qubada ana və körpənin ölümünün səbəbi AÇIQLANDI  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Quba rayonunda doğuş zamanı ana və körpəsi anafilaktik şok nəticəsində dünyasını dəyişib".

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada yer alıb.

"21 avqust 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatının ağrısızlaşdırılma etapında saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub.

Göstərilən tam həcmli şok əleyhinə intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpə 21.08.2024-cü il saat 15:00 radələrində vəfat edib

***

Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişiblər.

Avtosfer.az xəbər verir ki, hadisə Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Əməliyyat zamanı o və körpəsi dünyasını dəyişiblər.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh