DYP-dən Qubada əməliyyat: narkoman sürücülər tutuldu

Hadisə 13 İyun 2024 09:12 Oxunub 202
DYP-dən Qubada əməliyyat:  narkoman sürücülər tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rayon ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh