Qubada ayılar kəndə hücum edib - FOTO - VİDEO

Son iki ay ərzində Quba rayonunun Gümürdəhnə kəndi sakinləri yırtıcı heyvanların, xüsusilə də ayıların hücumuna məruz qalır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Kənd sakininin sözlərinə görə, ayılar kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına ciddi ziyan vururlar:
"Hazırda kənddə 46 ev var və demək olar ki, hər ailənin təxminən 10 baş heyvanı var. Lakin hər gün 1-3 heyvan yırtıcılar tərəfindən tələf edilir".
Kənd camaatı bir neçə dəfə müvafiq qurumlara müraciət ediblər. Belə ki, yırtıcı heyvanlarla mübarizə aparmaq üçün kəndə yalnız iki şəxs göndərilib. Lakin onlara yalnız yırtıcı heyvanlara toxunmamaq, onları qorxutmaq təlimatları verilib:
"Deyirlər ki, yırtıcı heyvanlara ziyan vurulsa, cərimə tətbiq ediləcək. Bəs mənim təsərrüfatıma dəyən ziyanı kim ödəyəcək?"
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, yaşayış məntəqələrinin meşə sahələrinə bitişik ərazilərdə salınması, təəssüf ki, bu cür hadisələrin baş verməsinə səbəb olur.
O qeyd edib ki, ayının kənd sakininin həyətyanı sahəsinə hücumu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli ekologiya idarəsinin mütəxəssisləri və ovçulardan ibarət işçi qrup yaradılacaq, bir neçə gün ərzində ərazidə növbətçilik təşkil olunacaq və ayı yenidən kəndə hücum edərsə heyvanın ərazidən uzaqlaşdırılması üçün ürküdücü vasitələr tətbiq ediləcək.
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü














