Qubada evdə partlayış: Xəsarət alan var - VİDEO

Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.
Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:
"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".
Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.
Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.
Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Ətraflı Baku TV-nin süjetində:
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












