Qubada göldə batan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Hadisə 6 İyul 2024 22:19 Oxunub 768
Qubada göldə batan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba rayonu, İkinci Nügədi kəndində göldə batan şəxsin kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü Zülfüqar İlkin oğlu Balayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

(oxu.az)

***

16:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, İkinci Nügədi kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh