Qubada iki nəfəri "tok" vurdu - Biri ÖLDÜ - YENİLƏNİB

Bakıdan Qubaya işləməyə gedən fəhlələri elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd edilir ki, evin üstünün betonlanması zamanı 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi betonqarışdıran maşının borusu ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə ilişib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölməsi, 2001-ci il təvəllüdlü Şəmistan Yusubovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Quba rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, mayın 13-ü saat 18 radələrində Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən orada işləyənləri elektrik cərəyanı vurub.
Belə ki, paytaxt sakini Xanlar Paşayevin idarə etdiyi “Mercedes” markalı 99-BS-280 nömrə nişanlı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.
Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri - 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












