Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Qubada şagirdlərin davasına valideynlər də qoşulub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini 30 yaşlı Muxtar Hadıyev (ad və soyad şərtidir) yaşadığı evin qarşısında zərərçəkən Fuadın (şərti adla) başına yumruqla zərbə vuraraq xəsarət yetirib.
Bu əməlinə görə Muxtar saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, övladını məktəbdən götürərkən uşağının ağladığını görüb. Səbəbini soruşanda uşaq sinif yoldaşının onu söydüyü deyib.
Muxtarın sözlərinə görə, yolda oğlunun sinif yoldaşını görərək əsəbi danışıb.
Axşam onun atası söhbət etmək üçün Muxtarın evinin qarşısına gəlib. Burada yaranan mübahisə zamanı Muxtar Fuadın başına yumruqla zərbə vurub.
Zərərçəkən şəxsin sözlərinə görə isə Muxtar onun oğlunu vurub və uşaq ağlayıb. Muxtarın evinin qarşısında ondan niyə belə etdiyini soruşanda təqsirləndirilən şəxs “yaxşı edirəm” deyib. Daha sonra Muxtar onu da vurub.
Zərərçəkən Fuad Muxtarla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Muxtar Hadıyev məsuliyyətdən azad olunub.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












