Qubada Susay-Xınalıq avtomobil yolu çöküb - VİDEO

Qubada Susay-Xınalıq avtomobil yolu çöküb.
Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, ilkin məlumatlara görə, yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çöküb.
Həmin yoldan istifadə edən sürücülərin sözlərinə görə, hərəkət üçün təhlükəli vəziyyət yaranıb:
“Dumanlı hava şəraitində görmə imkanları məhdud olduğuna görə qəza baş verə bilər. Bu səbəbdən Qəçrəş-Xınalıq avtomobil yolundan istifadə olunur”.
Sosial şəbəkədə paylaşılan məlumatla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, sözügedən yolda tikinti işləri davam edir:
“Susay-Xınalıq avtomobil yolunda hazırda tikinti işlər davam edir. Tikinti yekunlaşmadığı üçün yol istifadəyə verilməyib. Məlum məsələdir ki, tikinti prosesi zamanı müəyyən problemlər yarandıqda aidiyyəti üzrə tədbir görülür. Təhlükəsizlik məqsədilə vətəndaşlardan xahiş olunur ki, Quba-Xınalıq yolundan istifadə etsinlər. Çünki yolda tikinti davam edir və müəyyən təhlükələr ola bilər. Ərazidə ağır texnikalar işləyir. Yolun bəzi hissəsində torpaq yatağı inşa olunur, əraziyə qrunt boşaldılır. Bu səbəbdən vətəndaşların Susay-Xınalıq avtomobil yolundan istifadəsi tövsiyə edilmir.
Müəyyən sürüşmə müşahidə olunan ərazilərdə mühəndis qurğularının inşası, zəruri tədbirlərin görülməsi təmin olunur. Bütün bunlara ona görə diqqət edilir ki, yolda tikinti işləri tam yekunlaşdıqdan sonra hər hansı problem yaşanmasın”.
Oxu.Az
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB
Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? - AÇIQLAMA
Sürücülərin əl çəkmədiyi vərdiş - Yollarda hər gün yaşanan “zolaq xaosu” - VİDEO
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO
Bakıda Pakistan vətəndaşının başına iş gəldi - FOTO - VİDEO
Vəfat edən həkim generalın qardaşı imiş - FOTO
Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi











