Qubanın daha bir kəndində TORPAQ SÜRÜŞMƏSİ - Evlər təhlükə altında - FOTO

Quba rayonunun Aydınkənd kəndində son günlər yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.
Evlərin divarlarında çatlar yaranıb, bəzi dam örtükləri yararsız vəziyyətə düşüb.
Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış sahələrinə doğru hərəkət etdiyi bildirilir. Kənd ərazisində geniş sürüşmələr müşahidə olunur və prosesin hazırda da aktiv davam etdiyi qeyd edilir.
Sürüşmə nəticəsində Aydınkəndə gedən yol bir neçə gün nəqliyyat üçün bağlı qalıb, bu isə sakinlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.
Sakinlər bildirirlər ki, kəndin təhlükəli ərazidə yerləşməsi onların həyatını risk altına alır. Onların sözlərinə görə, aktiv sürüşmələr zamanı dağlardan qopan iri daş və qaya parçaları, eləcə də torpaq kütləsi yaşayış evlərinə doğru hərəkət edir və bu da ciddi təhlükə yaradır.
Qeyd olunur ki, Aydınkənd kəndinin ərazisi ümumilikdə sürüşməyə meyilli zonalardandır və bir neçə gün əvvəl Quba-Qonaqkənd yolunda baş verən sürüşmə də əraziyə təsir göstərib.
Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub, fəsadların aradan qaldırılması və yolun bərpası istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Qubanın Qoanqkənd və Qəçreş kəndlərində də torpaq sürüşmələri olub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO

















