Qubaya apardığı müştəri taksi sürücüsünün başına iş açdı

Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Samir Nəsimi rayonunda “Şamaxinka” adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib. Razılaşmaya görə, sürücü Rahim İsmayılov 50 manata Samiri əvvəl anasını və əşyalarını götürməsi üçün Xocasən qəsəbəsinə, oradan isə Qubaya aparmalı imiş.
Müştərinin niyyətindən xəbəri olmayan sürücü onu Xocasənə aparıb. Ünvana çatmağa az qalmış Samir onun bel nahiyəsinə küt əşya ilə basaraq cibindəki pulları verməyi tələb edib. Basqına məruz qalan sürücü canını qurtarmaq üçün üzərindəki 1 384 manatın hamısını ona verib.
.jpg)
Samir həbs edildikdən sonra onun əvvəllər də başqa cinayətdən məhkum edildiyi məlum olub. Belə ki, daha əvvəl 8 dəfə cinayət məsuliyyətinə cəlb edilən şəxs 9-cu dəfə ittiham edilib. S. Məmmədov eyni zamanda 12 dəfə inzibati qaydada da həbs edilibmiş.
Ötən gün hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, islahı mümkün olmayıb. Bu əsasla yenidən sanksiya həddində cəzalanmalıdır. Hökmə əsasən, S.Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, bu dəfə cəzasını ciddi rejimdə çəkəcək.
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












