Quldurlardan qaçmağa çalışan turistin FACİƏSİ

Hadisə 19 Mart 2023 18:35 Oxunub 1714
Quldurlardan qaçmağa çalışan turistin FACİƏSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kanadalı turist Barselonada tətildə olarkən soyğunçulardan qaçmağa çalışması həyatı bahasına başa gəlib.

Mərhumun iki dostu ilə futbol oyunu üçün Avropa şəhərlərindən birinə gəldiyi dəqiqləşib. Hadisə şahidlərinin sözlərinə görə, 5 nəfər küçədə onlara yaxınlaşaraq pul qoparmağa çalışıb. Sonra həmin şəxs qaçmaq üçün körpüdən atılıb, lakin hündürlüyünü hesablamayıb və xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını ağır bədən xəsarətləri alan turisti xəstəxanaya çatdırsa da, o, orada dünyasını dəyişib. Polis araşdırma aparır və sübut toplamağa çalışır. Hüquq-mühafizə orqanları bunun bədbəxt hadisə ola biləcəyini istisna etmirlər. (lent.az)
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh