Qusarda baltalanan qadın Bakıya köçürüldü, vəziyyəti ağırdır

Qusar rayonunun Yuxarı Tahircal kəndində 12-ci əri tərəfindən baltalanan Şəlalə Ömərova Bakıya gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə qadının yaxınlarının Oxu.az-a verdiyi məlumata görə, hadisə nəticəsində ağır xəsarətlər alan Ş.Ömərovaya Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilsə də, onun vəziyyəti ağırlaşıb. Yaralı qadın Təcili Tibbi Yardım briqadası ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib. Qadın hazırda reanimasiya şöbəsindədir, vəziyyəti olduqca ağır qiymətləndirilir.
Xatırladaq ki, rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov mübahisə zəminində qeyri-rəsmi yaşadığı, 1977-ci il təvəllüdlü Şəlalə Ömərova və onun qardaşı, 1968-ci il təvəllüdlü Şirin Ömərovu yatdıqları yerdə baltalayıb. Hadisə nəticəsində Şirin Ömərov hadisə yerində ölüb, Şəlalə Ömərova isə ağır baş və bədən xəsarətləri alıb.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.
Məlumata görə, V.Əlibəyov Ş.Ömərovanın qeyri-rəsmi 12-ci əri olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












