Banner

Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO - YENİLƏNİB

Hadisə 24 Yanvar 2026 15:11
Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media-nın məlumatına görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

 

 

***14:32
Qusar sakini yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Avtosfer.az xəbər verir ki, rayonun İmanqulukənd sakini, 2004-cü il təvəllüdlü Nəbiyev Fəzail Fazil oğlunun meyiti ilkin tibbi ekspertizadan sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunub 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh