Banner

Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB

Hadisə 18 Dekabr 2025 12:30 Oxunub 192
Qusarda qadın əri tərəfindən öldürüldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Qusar rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***11:11

Qusar rayonunda qətl hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb.

Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh