Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdü

Qusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Quxuroba kəndində baş verib. Kənd sakini Ramazan Mamalıyev içkili vəziyyətdə evinə gələrək, stolun üstündə olan boşqabları yerə vuraraq qırıb. R.Mamalıyevin həyat yoldaşı Mirvari Mamalıyeva buna etiraz edərkən əri onu döyüb. Hadisədən əsəbiləşən M.Mamalıyeva həyətdən götürdüyü çomaqla həyat yoldaşını döyməyə başlayıb. Həyat yoldaşının ona müqavimət göstərdiyini görən qadın qonşu Namiq Xəlilovu köməyə çağırıb. Hər iki şəxs birləşərək R.Mamalıyevi möhkəm döyüb evin ikinci mərtəbəsinə çıxarıb yataq otağına atıblar. R.Mamalıyev zərbələrin təsirindən huşunu itirsə də, nə həyat yoldaşı, nə də qonşu təcili tibbi yardım çağırıblar. Nəticədə R.Mamalıyev aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs məsuliyyətə cəlb edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirvari Mamalıyeva 9, Namiq Xəlilov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












