Qusarda yeniyetmənin kanalda boğulmasının detalları MƏLUM OLDU - VİDEO - YENİLƏNİB

Hadisə 24 İyul 2024 13:00 Oxunub 174
Qusarda yeniyetmənin kanalda boğulmasının detalları MƏLUM OLDU  - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qusarın Caqarqışlaq kəndində 16 yaşlı Nizam Rəhimxanovun yaşayış məntəqəsinin yaxınlığından keçən Samur-Abşeron kanalında batması ilə bağlı bəzi detallar məlum olub.

Yeniyetmənin qohumu Bəxtiyar Sadirov hadisə ilə bağlı Baku TV-yə danışıb.

"Dayıoğlu, bibioğlu çimməyə gediblər. Üzməyi tam bilmirlər. Uşaqlardan biri çıxa bilib, digərinin boğulduğunu görəndə qışqırıb kömək istəyib. Bir nəfər səsi eşidib gəlib görüb ki, uşaq artıq batıb", - o bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirirlər.

***

Samur-Abşeron kanalında batan şəxsin kimliyi bilinib.

Bildirilib ki, kanalın Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batan şəxs 16 yaşlı Nizam Rimixan oğlu Rəhimxanovdur.

Onun axtarışları davam etdirilir.

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh