Banner

Ramana gölündə təhlükəli mənzərə: Uşaqlar çimir, tullantılar suya axıdılır – VİDEO

Hadisə 6 Avqust 2025 12:00 Oxunub 1734
Ramana gölündə təhlükəli mənzərə: Uşaqlar çimir, tullantılar suya axıdılır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində "Gülçülük" adlanan ərazidə yerləşən süni göl ətraf sakinlərin narahatlığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, sakinlər bildirirlər ki, bu göl hazırda nəzarətsiz vəziyyətdədir və xüsusilə uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Yerli sakinlərin sözlərinə görə, hər gün balaca uşaqlar bu göldə çimir və oynayırlar. Halbuki həmin ərazi nə təmizlənir, nə də mühafizə olunur. Ən narahatedici məqam isə odur ki, yaxınlıqda yerləşən heyvan fermalarından çıxan tullantıların peyin və digər zərərli maddələrin birbaşa gölə axıdıldığı bildirilir. Bu da həmin gölü infeksiya və xəstəlik mənbəyinə çevirir.

Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürməyi və gölün ətrafına təhlükəsizlik tədbirləri tətbiq olunmasını tələb edirlər.

Onların fikrincə, vaxtında tədbir görülməsə, bu vəziyyət həm ekoloji, həm də sağlamlıq baxımından daha böyük fəsadlara yol aça bilər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh