Banner

“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

Hadisə 19 May 2025 15:06 Oxunub 588
“Range Rover”  qazini vurdu, vəziyyəti ağırdır - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.

***13:11

Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Rəşad Poladov hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh