Rauf İsfəndiyarovun köməkçisinə də cinayət işi açıldı

Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi də cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az "Qafqazinfo"a istinadla xəbər verir ki, Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müştərilər arasında "körpü" yaradıb. Həmin adamlar da əlillik dərəcəsi, sosial müavinət və sair almaq üçün Məhərrəmin köməkliyi ilə baş həkimə rüşvət veriblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən M.Məhərrəmova Cinayət Məcəlləsinin 32.5, 311.3.3 (külli miqdarda rüşvət almağa kömək etmə) və digər maddələri ilə ittiham verilib. Onun barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.İsfəndiyarovun da məhkəməsi davam edir. O, həbsdə mühakimə edilir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












