Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

Mingəçevir şəhərində pula görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib. Yevlax rayon sakini olan qadın rayon ərazisindəki evini sataraq Mingəçevirə köçüb. O, həmin puldan rəfiqəsinə müəyyən müddətə 7 min manat borc verib. Vaxt tamam olandan sonra qadın rəfiqəsindən borcunu istəyib. Amma rəfiqəsi borcu qaytarmayıb. Əksinə o, kürəkəni Rafiq Məmmədov (soyad şərtidir) və onun atası ilə birləşərək qadını döyüb. Anasının döyüldüyünü eşidən oğlu İlham Hüseynov (soyad şərti) Rusiyadan Mingəçevirə gəlib və söhbətə aydınlıq gətirmək istəyib. O, Nizami küçəsində Rafiq Məmmədovla rastlaşıb və ondan anasını nəyə görə döydüyünü soruşub. Rafiq Məmmədov isə yanındakı şəxslərlə İlham Hüseynova hücum edib və onu da döymək istəyib. Həmin vaxt İlham Hüseynov üzərində gəzdirdiyi bıçaqla Rafiq Məmmədova qarın və ürək nahiyəsindən iki zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən İlham Hüseynov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə o, 6 il azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












