Rejissoru vurub qaçan 3 nəfər tutuldu - FOTO - YENİLƏNİB

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəlovu velosipedlə vurub qaçan şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adgözəlova qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.
Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

29 avqust 15:55
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda rejissor Elvin Adıgözəlovun xəsarət alması ilə nəticələnən hadisə barəsində məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, avqustun 25-də Nəsimi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında araşdırma aparılır.
Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
***
Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.
Avtosfer.az 1news.az-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.
Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.
E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.
Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.
Onun sözlərinə görə, hazırda Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO










