Rəqsanə İsmayılova həbs edilib - 520 min dollarlıq dələduzluq

Müğənni Rəqsanə İsmayılova “dələduzluq” ittihamı ilə həbs edilib. Avtosfer.az-ın məlumata görə, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI










