Respublika Olimpiya Mərkəzinin rəhbər şəxsi piyadanı vuraraq öldürdü

Nərimanov Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən M.M.-in (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 18 fevral 2024-cü il tarixdə, saat 19:21 radələrində paytaxtın Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə üzü Koroğlu Rəhimov küçələrinin kəsişməsi istiqamətində qeydə alınıb.
Belə ki, M.M. etibarnamə əsasında idarə etdiyi “Kia Sportage” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada zolağı ilə sola doğru qaçaraq keçmək istəyən piyada N.Həsənovanı vurub. Ağır bədən xəsarəti alan piyada 12 iyun 2024-cü il tarixdə müalicə aldığı “Yeni Klinika”da ölüb.
M.M. məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, rəsmi olaraq Respublika Olimpiya Mərkəzində müdir müavini vəzifəsində işləyir. Etibarnamə ilə idarə etdiyi həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə anasının adınadır.
Məhkəmə iclasında videokanfrans vasitəsilə zərərçəkmiş şəxsin hüquqi varisi olan oğlu dindirilərkən bildirib ki, anası rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərirdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












