"Restoran sahibi qarajın yarısını mənimsəyərək, şaxtanı ələ keçirdi" - Yanan binanın sakinləri

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfərin həlak olması ölkə gündəmini silkələdi.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az hadisənin detallarını öyrənmək üçün sözügedən əraziyə yollanıb.
Bina sakinlərinin iddiasına görə, yanğının baş verməsinə əsas səbəb orada yerləşən "Loft" restoranı olub. Vurğulanır ki, sözügedən obyekt iki ildir ki, fəaliyyət göstərir. Qeyd olunur ki, sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb. Sakinlər əlavə edirlər ki, təxminən 20 gün əvvəl binanın texniki işçisi zirzəmiyə daxil olmaq istəsə də, restoran əməkdaşları buna icazə verməyib və onu döyüblər.
Adını açıqlamaq istəməyən bina sakini bildirdi ki, restoran sahibinin zirzəmini zəbt etməsinə əvvəlki komendant Abbas (soyadını dəqiqləşdirmək mümkün olmadı) icazə verib:
"Məhz onun rəhbərliyi dövründə restoran fəaliyyətə başladı və bizim şaxta onların nəzarətinə verildi. Həmin şəxslər də qapını bağlayır, əməkdaşların oraya daxil olmasına mane olurdular. Biz Abbasdan narazı qaldıq, sakinlər razılaşdılar ki, dünənki yanğında həlak olan Samir Məmmədovu seçək. O, çox yaxşı insan idi. Binanın həyətini, liftini abadlaşdırdı. Əvvəllər lift bərbad halda idi, bəzən heç işləmirdi. Təəssüf ki, kimlərinsə məsuliyyətsizliyi nəticəsində özü rəhmətə getdi, iki uşağı isə yetim qaldı. Hazırda evim pis gündədir, necə edəcəyəm, bilmirəm".
Binanın digər sakini Tamilla Qurbanova da hadisənin detallarından danışıb.
"Evdə tək idim. Birdən işıqların söndüyünü gördüm. Baxdım ki, ətraf binalarda elektrik var. Bloka çıxdıqda isə hər tərəfi tüstü bürüdüyünü gördüm. Tez oğluma zəng etdim ki, köməyə gəl. Özüm də evə keçdim. Sağ olsunlar, polis və yanğınsöndürənlər vaxtında müdaxilə edərək bizi xilas etdilər. Tüstü o qədər güclü idi ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da tüstüdən əziyyət çəkdilər. Amma nəticədə yanğını məhdudlaşdıra bildilər".
Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, onlar "Loft" restoranının rəhbərliyindən təzminat tələb edirlər. Həmçinin vətəndaşlar qeyd etdilər ki, hələ restoran fəaliyyət göstərdiyi dönəmdə bir neçə quruma şikayət etsələr də, onlara cavab verən olmayıb. Qeyd olunur ki, restoran əməkdaşları hətta binanın zirzəmisində belə təhlükəsizlik qaydalarına əməl etmirdilər. Ərazidə olduğumuz müddətdə binanın zirzəmisi və yeraltı dayanacaq hissəsi Baş Prokurorluq əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü. Restoran sahibi ilə danışmaq cəhdlərimiz isə alınmadı.
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır - VİDEO
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO










