Bakıda qızla oğlan restorana qapıdan girib, bacadan qaçdı - ANBAAN VİDEO

Bakıda ailə restorana qapıdan girib, pəncərədən çıxdı.
Misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran sahibi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakıda restoranda yeyib-içib pəncərədən qaçan ailənin kimliyi məlum olub.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab verib.
O bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:
“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”. (oxu.az)
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA









