Restoranda 1750 manatlıq oğurluq

Bakıda fəaliyyət göstərən "Nağıl Bağ” restoranında oğurluq baş verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, restoranın ofisiantlarından birinin cibindən 1750 manat pul oğurlanıb. Sonradan məlum olub ki, cinayəti "Nağıl Bağ” restoranın Rəşad adlı keçmiş işçisi törədib. O, keçmiş iş yoldaşları ilə görüşmək adı ilə restorana gəlib. Onlar restoranın kabinetlərindən birində əyləşib. Söhbət zamanı iş yoldaşlarından biri dondurma almaq istəyib və cibindən 100 və 200 manatlıq əskinaslar çıxarıb. Bunu görən Rəşad fürsət düşən kimi həmin şəxsin gödəkcəsinin cibindən pulları çıxarıb. Sonrdan saydıqdan sonra oğurladığı məbləğin 1750 manat olduğunu görüb. Rəşadın keçmiş iş yoldaşları o, hadisə yerini tərk etdikdən sonra oğurluqdan xəbər tutub. Dərhal polisə məlumat verilib. Rəşad saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Rəşad özünü verilmiş ittihamla təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyandan 1550 manat ödəyib. Məhkəmənin hökmü ilə Rəşada 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanılıdığı 1 gün 2 günə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












