Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu - Zaqatalada hadisə

Hadisə 9 May 2026 09:13
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu - Zaqatalada hadisə
WhatsApp kanalımıza abunə olun

Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

 

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh