Restoranın həyətində xeyli ağac KƏSİLDİ - 3 nəfər cərimələndi - FOTO

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunub. Həmin obyektin icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
***
Balakən rayonunda keçirilən tədbir zamanı isə restoranlardan birinin həyətində obyekt sahibi tərəfindən 19 ədəd müxtəlif növ ağacın kəsilməsi faktı aşkarlanıb. Təhqiqat araşdırmaları aparılır.
Həmçinin, yerin təkindən qanunsuz istifadə edən 1, məişət tullantılarını urnalardan kənara atan 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO












