Restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı görüntülər araşdırılır - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı görüntülərin yayıldığı məlumatı nəzarətə götürülüb.
AQTA-dan "Report"a bildirilib ki, məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb.
Qeyd olunub ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
***
Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.
Sözügedən görüntüləri təqdim edirik:
***
Məsələ ilə bağlı adıçəkilən restoranla əlaqə saxladıq. “Təmizlik işləri aparılarkən qapı açıq qalıb. Siçovul zibillikdən gəlib. Bizim restoran mərkəzi yerdə yerləşir. Ayda iki dəfə dezinfeksiya işləri aparırırq.Əməkdaşlar görüntüləri ola bilsin daxili qruplarda yönləndirmə edib. Hazırda bütün tədbirlər görülüb. Təmizlik işləri aparılıb”, - restorandan saytımıza verilən cavabda qeyd olunub.
Qida Təhlükəsizliyi Agentliyi də (AQTA) məsələyə münasibət bildirib: “Məsələ tərəfimizdən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO










