Roma Papasının təyyarəsində problem aşkarlanıb - KİV
Hadisə
29 Noyabr 2025 21:00
Oxunub 252

Roma Papası XIV Leonu Türkiyəyə aparan "ITA Airways" şirkətinə məxsus "Airbus A320" təyyarəsi aşkarlanan problem səbəbindən modifikasiya olunacaq.
Avtosfer.az xarici mediaya istinadən məlumatına görə, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidməti xəbər yayıb.
"Zəruri detal – monitor artıq Romadan göndərilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Papa noyabrın 27-də Türkiyəyə gedib, noyabrın 30-da eyni təyyarə ilə səfərinin ikinci dayanacağı olan Livana yollanmalıdır. Onun Romaya qayıdışı dekabrın 2-ə planlaşdırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














