Rüfət Səfərovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
Hadisə
3 Dekabr 2024 23:17
Oxunub 376
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.
Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.
**
Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Qeyd edilib ki, hazırda bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR