Rusiya hərbçiləri təslim olan ukraynalı əsgərləri GÜLLƏLƏDİ - VİDEO

Hadisə 21 Fevral 2024 15:14 Oxunub 664
Rusiya hərbçiləri təslim olan ukraynalı əsgərləri GÜLLƏLƏDİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ukraynanın Telegram kanalları Zaporojye istiqamətində Robotino yaxınlığında pilotsuz təyyarədən çəkilmiş dəhşətli videonu dərc edib.

Avtosfer.az bildirir ki, kadrlarda 3 Ukrayna əsgərinin təslim olub silahlarını yerə qoyaraq səngərdən necə çıxdığı görünür. Lakin Rusiya hərbçiləri onları hərbi əsir kimi qorumaq vədlərinə əməl etmək əvəzinə, silahlarını ukraynalı döyüşçülərə tuşlayıb və atəş açıblar.

Qeyd olunur ki, əlaqədar bölmələrin məlumatına görə, rusiyalı hərbçilər kəndə cənubdan hücum edərək “Spartan” 3-cü Əməliyyat Əks-Tədbir Briqadasının 3 əsgərinin qaldığı böyük istehkamın bir hissəsini ələ keçiriblər.

Bu hadisə ilə bağlı Ukrayna tərəfindən hələlik rəsmi şərh yoxdur. Lakin mülki əhali və beynəlxalq ictimaiyyət baş verənlərdən şoka düşüb. Beynəlxalq humanitar hüququn pozulması ilə bağlı bu dəhşətli akta görə məsuliyyət daşıyanların dərhal məsuliyyətə cəlb olunması tələb edilir.

lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh