Rusiya İstintaq Komitəsi aktyorun qətlinin araşdırılmasında kömək təklif edib

Rusiya İstintaq Komitəsinin sədri Bakıda Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və həyat yoldaşı Lyudmila Tkaçın qətlinin araşdırılması ilə əlaqədar Azərbaycan həmkarları ilə əməkdaşlığın təşkil edilməsini tapşırıb.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və səmərəli əməkdaşlığı nəzərə alaraq, Komitə sədri hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinə qarşılıqlı fəaliyyətin təşkili barədə göstəriş verib. Azərbaycanlı həmkarlara cinayət işinin araşdırılmasında mümkün köməklik təklif edilir”, - məlumatda bildirilir.
Xatırladaq ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










