Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurmaq istəyib? - RƏSMİ AÇIQLAMA

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.
Bununla belə, səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir.
***
Rusiyanın ötən gecə Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyindən cəmi 100 metr məsafəyə düşüb. Bu barədə jurnalist Denis Kazanski yazıb. “Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinə zərbə endirməyə çalışdı, amma bir qədər yanıldı. Daha əvvəl ruslar bir neçə Azərbaycan neft bazasını bombalamışdılar. İndi isə açıq-aşkar səfirliyə qarşı terror hücumlarına keçiblər”, – deyə jurnalist Denis Kazanski yazıb.
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO









