Rusiyada 2 nəfəri bıçaqlayan azərbaycanlıya hökm oxundu - FOTO - VİDEO

Rusiyanın Orenburq vilayətinin Dzerjinski Rayon Məhkəməsi Azərbaycan vətəndaşı barəsində hökm çıxarıb.
Avtosfer.az “56.ru”ya istinadən istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs barda iki nəfərə ağır bədən xəsarətləri yetirməkdə təqsirli bilinib.
Belə ki, bu il fevralın 23-ü polisə bıçaq yaraları almış iki kişinin tibb müəssisəsinə gətirilməsi barədə məlumat daxil olub.
Zərərçəkmişlər 44 və 43 yaşlı qardaşlardır. Onlar barda istirahət etdikləri zaman bir şəxslə aralarında yaranan mübahisə zəminində bıçaqlandıqlarını bildiriblər. Hadisə yerini tərk edən həmin şəxs Akbulak rayon polisi əməkdaşlarının “Rosqvardiya”nın OMON əməkdaşları ilə birgə keçirilən əməliyyatı zamanı saxlanılıb.
34 yaşlı həmin şəxsin sözlərinə görə, onun qohumları ilə videobağlantı vasitəsilə danışması və ətrafı çəkməsi zərərçəkmişlərin xoşuna gəlməyib. Mübahisə zəminində həmin şəxsləri bıçaqladığını etiraf edən Azərbaycan vətəndaşı Qazaxıstan ərazisinə keçmək niyyətində olduğunu bildirib.
Dzerjinski Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum olunub.
Zərərçəkmişlərin mülki iddiaları isə qismən təmin edilib.

Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










