Rusiyada alkoqollu dondurma satan azərbaycanlı cərimələndi

Rusiyanın Yekaterinburq şəhərində şərabdan dondurma hazırlayaraq satan qeyri-qanuni istehsalçıya 250 min rubl (təxminən 5 300 manat) məbləğində cərimə kəsilib.
Avtosfer.az-ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə şəhər İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib.
Məlumata görə, Plotinka rayonunda dondurma satan şəxsin 30 yaşlı Azərbaycan vətəndaşı Q.Əliyev olduğu məlum olub.
"Məhkəmə onu məhsulları müsadirə olunmaqla, 250 min rubl məbləğində cərimələyib", - deyə Çukreyev bildirib.
Onun satdığı dondurmaların tərkibində 0.6-0.7% spirt olduğu müəyyən edilib.
Məlum olub ki, o, "Mivino" brendi adı altında dondurma istehsalına başlayıb. İstehsalat obyekti sənaye zonasında yerləşib.
İlkin olaraq sahibkara qanun pozuntularının aradan qaldırılması və spirtli dondurmaların satışdan çıxarılması tələbi ilə göstəriş verilib. Lakin sahibkar buna məhəl qoymamaq qərarına gəlib. Nəticədə onun barəsində inzibati iş qaldırılıb və cərimə yazılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












