Rusiyada azərbaycanlı ailənin faciəsi: Ana və övladları öldü - VİDEO

Hadisə 18 Sentyabr 2023 23:08 Oxunub 810
Rusiyada azərbaycanlı ailənin faciəsi: Ana və övladları öldü    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Noyabrsk şəhərində gecə saatlarında ikimərtəbəli taxta evdə yanğın çıxıb.

Hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq həlak olub.

Yanğın nəticəsində evin 1-ci və 2-ci mərtəbələrinin konstruksiyaları, dam örtüyü və evin içərisindəki əşyalar yanıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Araşdırma aparılır.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər əslən azərbaycanlıdır. Belə ki, vəfat edən ana və övladları əslən Astara rayonundandırlar. Onlar uzun müddətdir ki, Rusiyanın Noyabrsk şəhərində yaşayırmışlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh