Rusiyada böyük yanğın: yanacaq tankeri və dəmiryol sisternləri alovlara büründü - FOTO - VİDEO
Hadisə 21 Yanvar 2023 13:08 Oxunub 612
Rusiyada böyük yanğın:  yanacaq tankeri və dəmiryol sisternləri alovlara büründü - FOTO - VİDEO

Rusiyanın Anqarsk sənaye zonasının ərazisində yanacaq daşıyan tanker və dəmiryol sisternləri yanıb.

Bu barədə yanvarın Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, yanğının əsas səbəbi iş zamanı yanğın təhlükəsizliyi tələblərinin pozulmasıdır. Belə ki, çənlərə yanacaq doldurularkən yanar maye alışıb.

“İlkin məlumatlara görə, yanan yanacaq tankerindən çıxan yanğın ərazidə yerləşən dəmiryolu qatarının üç çəninə keçib”, - deyə FHN-in məlumatında vurğulanıb.

Məlumata görə, yanğın 400 kvadratmetr sahədə lokallaşdırılıb.

Ölən və yaralanan olmayıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh