Rusiyada kommunal şirkətin əməkdaşı narazı sakinin üzərindən avtomobillə keçdi - VİDEO

Hadisə 18 Oktyabr 2023 16:00 Oxunub 572
Rusiyada kommunal şirkətin əməkdaşı narazı sakinin üzərindən avtomobillə keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Moskva vilayətinin Şçelkovo şəhərindən olan kommunal idarəçi şirkətin işçisi avtomobililə podratçının işindən narazı qalan yerli sakinin üzərindən keçib.

Oktyabrın 17-də “Paritet” İdarəedici Şirkətinin binası qarşısına toplaşan izdiham, evlərdə istilik sisteminin işləməməsindən və zirzəmilərin dəhşətli vəziyyətindən şikayətlənib. Hadisə yerinə çəkiliş qrupu da gəlib. Lakin kommunal xidmətin işçisi danışmaq istəmədiyi üçün avtomobilinə minərək qaçmağa çalışıb. Sakinlərin yolu bağlamasına baxmayaraq, o, xanımlardan birinin üzərindən keçib.

Məlumata görə, zərərçəkənin ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta ağır qiymətləndirilir.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh