Rusiyada saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTO (YENİLƏNİB)

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.
Məhkəmə M. Səfərovu iyulun 19-na kimi həbsdə saxlayıb.
***
Bu gün Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub.
Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlardır.
Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.
***
Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edir. Bundan başqa Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski prosesə qatılıb.
***
İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib.
Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib.
***
İttiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə ittiham tərəfinin xahişini təmin edib, jurnalistlər zaldan çıxarılıblar.
Hal-hazırda məhkəmə Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxmaq üçün müşavirəyə yollanıb.
Saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə ayrı-ayrılıqda baxılır.
***
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Yekaterinburqun Leninski Məhkəməsində keçirilən prosesdə bir neçə qətldə və adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müəyyən ediləcək.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.







Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












