Rusiyada sərnişin qatarı relsdən çıxdı: Yaralıların sayı 140 nəfərə çatdı - VİDEO - YENİLƏNİB

Hadisə 29 İyul 2024 17:08 Oxunub 180
Rusiyada sərnişin qatarı relsdən çıxdı:  Yaralıların sayı 140 nəfərə çatdı - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140 nəfərə çatıb.

Avtosfer.az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Qeyd olunur ki, xəsarət alanlardan 33-ü azyaşlıdır.

Ümumilikdə qatarlarda 800 sərnişin olub.

***

Rusiyanın Volqoqrad vilayətində "Kazan-Adler" marşrutu ilə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

Avtosfer.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb "KamAZ" markalı yük maşınının sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq qatarın yoluna çıxması olub.

İnsident nəticəsində 20 sərnişinin xəsarət aldığı bildirilir.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh