Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO - YENİLƏNİB

Hadisə 3 Aprel 2026 10:18
Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Ulyanovsk vilayətində qatarın relsdən çıxması nəticəsində 12 nəfər xəsarət alıb.

Avtosfer.az-ın "Baza" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, sərnişinlərin əksəriyyəti yüngül xəsarətlər alıblar. Təcili yardım xidmətinin əməkdaşları hazırda hadisə yerindədirlər.

***

Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb.

Avtosfer.az xəbər verir ki, Rusiya Dəmir Yolları hadisə barədə "Telegram"da məlumat yayıb.

Hadisə Moskva vaxtı ilə səhər saat 06:26-da (Bakı vaxtı ilə səhər saat 07:26) Bryandino stansiyası yaxınlığında baş verib. Olay yerinə təcili yardım xidmətləri göndərilib. Bölmədə xidmət dayandırılıb. Xəsarət alan sərnişinlərin sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

Şirkət bildirib ki, Ulyanovsk, Buqulma, Sızran və Ruzayevka stansiyalarından relsdən çıxma ilə bağlı təmir qatarları göndərilib. Məlum olub ki, qatarda 415 sərnişin olub. Xəbərə görə, onlardan bəziləri xəsarət alıb. Sərnişinlərin sayı və xəsarət alanlar barədə ətraflı məlumat verilməyib.

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh