Rusiyalı deputatın avtomobili müharibə zonasında partladıldı - FOTO - VİDEO

Hadisə 13 May 2024 13:23 Oxunub 236
Rusiyalı deputatın avtomobili müharibə zonasında partladıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Vahid Rusiya” Partiyasının Həştərxan Vilayət Dumasından olan deputatı Denis Xaritonovun avtomobili müharibə zonasında partladılıb.

Avtosfer.az xəbər verir ki hadisə zamanı deputat özü də maşında olub, lakin xəsarət almayıb.

İlkin məlumata görə, avtomobilin partlaması mayın 12-də baş verib. Xaritonovun sözlərinə görə, partlayış zamanı o, yaralı döyüş yoldaşının qohumlarının yanına gedirmiş və onlara döyüş yoldaşının əşyalarını aparırmış.

“Allaha şükürlər olsun ki, maşın dərhal alovlanmadı, mən ağır yaralı yoldaşımın ailəsinə apardığım sənədlərini və şəxsi əşyalarını xilas edə bildim... Uzun müddətdir ki, məni öz maşınımda partlatmırdılar”, - deyə Xaritonov bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh